"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidi. Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir".
Presssport.az xəbər verir ki, bunu 2Qarabağ"ın son transferi olan ukraynalı futbolçu Alaksey Kaşuk öz ölkəsinin mətbuatına açıqlamasında deyib.
23 yaşlı sağ cinah yarımmüdafiəçinin sözlərinə görə, "köhlən atlar"a keçidində 2-ci amil müqavilənin təfərrüatlarıdı: "Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidi. Elə yazılıb ki, Avropa klubları gələcəkdə "Qarabağ"a adekvat qiymətə təklif verə biləcək. Üçüncü amil isə odur ki, artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam".
Xatırladaq ki, “Qarabağ” Kaşukla 3 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC