UEFA Slovakiya - Azərbaycan matçını polşalı hakimlərə tapşırdı

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun təyinatları bəlli olub.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Belə ki İIFA referisi Damian Silvestrjaka yan xətdə Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Xatırladaq ki, sentyabrın 8-də Koşitse Futbol Arenasında təşkil olunacaq Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC