Şəhriyar Əliyev milliyə qayıtdığına görə komanda yoldaşlarına təşəkkür edib: "Hamımız üçün həyəcanvericidi Santuş kimi məşqçiylə işləmək"

“Çempionatda çıxış edəndə oynayırıq ki, klubumuza xeyir verək. Millinin də baş məşqçisi bunu görür. Şükürlər olsun ki, gözlədiyim dəvət gəldi”.

Bu fikirləri Presssport.az-a açıqlamasında millimizə uzun fasilədən sonra dəvət olunan “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

Portuqaliyalı baş məşqçi Fernandu Santuşun UEFA Millətlər Liqasında İsveç və Slovakiya yığmalarıyla matçlarına çağırdığı 32 yaşlı mərkəz müdafiəçisi bunda komanda yoldaşlarının rolunu vurğulayıb: “İlk növbədə onlara təşəkkür edirəm ki, yaxşı olduqlarından komandamız hazırda Premyer Liqada liderdi və biz də milliyə dəvət aldıq. Yenə deyirəm ki, komanda yaxşı oynayanda hər kəs yaxşı görünür. Millinin baş məşqçisi də görür, bəyəndikləri futbolçuları dəvət edir”.

“Turan Tovuz” 3-cü mövsümdü Premyer Liqamızda çıxş etsə də, bu müddətdə italiyalı sabiq baş məşqçi Canni de Byazi heç bir futbolçusuna dəvət göndərməmişdi. Yəni, Santuş bu baxımdan ilkə imza atdı. Maraqlıdı, bunun üçün tovuzlular çempionatın lideri olmalı imiş: “Açığı, de Byazi məni "Keşlə”nin vaxtında çağırırdı, çox çağırırdı. Sadəcə, milliyə yeni baş məşqçi, yeni sistem gəldi. Bildiyim qədərilə Santuş mətbuat konfransında deyib ki, "Turan Tovuz"un liderliyinə yox, futbolçularını oyunlarına görə çağırıb. Biz də meydana çıxanda əsas olaraq komandamıza xeyir vermək istəyirik. Oyunumuz yaxşı olanda da baş məşqçi bunu görərək bizləri dəvət edir. Milliyə layiqli başqa futbolçularımız da var - Tural Bayramlı, Faiq Hacıyev. Faiq demək olar stabil oynayır. Fərid Hacıyev U-21-ə dvət olunub. İnşallah, gələcəkdə əsas yığmaya dəvət olunarlar".

Əliyev Santuşla vaxtilə rəqib olmalarını xatırladıb: "O, Portuqaliya yığmasının baş məşqçisi olanda ona qarşı oynamışıq, onda da görmüşük. Əlbəttə, bizim üçün yeni baş məşqçidi və çalışrıq ki, ondan da nəsə öyrənək. Hamımız üçün həyəcanvericidi bu cür məşqçinin rəhbərliyi altında işləmək. Samballı məşqçidi, Avropa çempionudu. Belə mütəxəssislərlə işləmək hər bir futbolçu üçün həyəcanvericidi".

Şəhriyar milliyə ehtiyata oturmaq yox, oynamaq üçün gəlib: “Çalışacam ki, baş məşqçinin etimadını qazanım. Şans da verilsə, əlimdən gələnin ən yaxşı eləməyə çalışacam. İnşallah, yeni mövsümə xalla başlaya bilərik. Düzdü, reallıqla danışsaq, rəqiblərimiz çox güclüdü. Əvvəlki kimi deyil ki, Malta, San-Marino, Farer adaları…Bununla belə, komanda olaraq düşünürəm kİ, heç kim əlini yana salmayacaq və hamımız sonadək mübarizə aparacağıq”.

Xatırladaq ki. Əliyev 2020-21-ci illərdə dəvət aldığı millidə 3 oyun keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC