AFFA İntizam Komitəsi II Liqada çıxış edən 2 komandaya - “Hypers Guba” və "Sheki City”yə 0:3 hesablı texniki məğlubiyyət verib.
Presssport.az xəbər verir ki, hər ikisi I turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.
Belə ki, “Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb. Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələnib.
Xatırladaq ki, “Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə 3 cavabsız qolla məğlub olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC