2024-cü ilin ilk ayında 3 futbolçu dünyada hamıdan çox qol vurub.
Presssport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, bunlar Kilian Mbappe, Evanilson və Samuel Pançottidi.
Belə ki, adıçəkilən oyunçuların hər biri yanvarda hesabına 7 qol yazdırıb. Sadəcə, çıxış etdiyi liqanın reytinqinə görə, Fransanın PSJ klubunun hücumçusu olan Mbappe birinci pillədə yer alıb.
Onu da bildirək ki, Azərbaycanda çıxış edən futbolçulardan heç biri siyahıya düşə bilməyib. Premyer Liqamızın iştirakçıları arasında yanvarda ən çox qola “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir imza atıb. Belə ki, 33 yaşlı sol cinah yarımmüdafiəçisi ölkə çempionatı və kubokunun hərəsində 2 olmaqla, ümumilikdə 4 qol vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC