"Qarabağ" İtaliyaya gedir - “Yuventus”la eyni turnirdə iştirak edəcək

"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 komanda mübarizə aparacaq.

İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” və “Dinamo” (Zaqreb) kimi tanınmış klublar da var.

C qrupunda yer alan "Qarabağ" sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

Qrup qalibləri və 2-ci yerin sahiblərindən ən yaxşı nəticəyə malik 2 komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcək.

Onu da bildirək ki, “Blue Devils Cup” turnirinə sentyabrın 8-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC