Yusif İmanov Santuşu Azərbaycana gəlmiş ən böyük şəxsiyyətlərdən biri sayır: "İnanıram ki, onunla ən yaxşı nəticəni göstərəcəyik, xalqımızı sevindirəcəyik"

Yeni baş məşqçi Fernandu Santuşun UEFA Millətlər Liqasında İsveç və Slovakiya yığmaları üçün açıqladığı heyətdə milliyə qayıdan futbolçular da var. Onlardan biri "Sabah"ın qapıçısı Yusif İmanovdu. U-21 yığmamızın üzvü Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb. 

  • - Millidən dəvət gözləyirdin?
  • - Açığı, baş məşqçiyə təşəkkür edirəm ki, məni dəvət elədi. Axır oyunlardan sonra məncə, performansımda bir az yüksəliş hiss etdim. Burda öz məşqçilərimizin rolu böyükdü, mənə çox dəstək oldular. Onların sayəsində yaxşı forma yığayaraq əsas yığmadan dəvət gözləyirdim. 
  • - Düşünmürsən ki, sənə çox ehtiyac vardı? Çünki millimizin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədəlidi, onun təcrübəli həmkarlarından Səlahət Ağayev I Liqaya yollanıb, Rəşad Əzizli isə klubsuzdu…
  • - Hər 3 qapıçıya böyük hörmətim var, hər 3-ü də böyük qardaşlarımızdı. Onlara baxa-baxa öyrənmişik. Xüsusilə də Səlahətə. Çünki özünüz də bilirsiniz ki, mənə çox dəstək verib, kömək edib. Bəlkə də qapıçı olmağımda faiz baxımından böyük pay sahibi məhz odu. Nə bilim, xeyirlisi, qismət deyək…
  • - Bir dəfə millidə oynayaraq debütündəcə uğursuzluq yaşamısan - Avstriyaya səfərdə 1:4 hesabıyla uduzduğumuz rəsmi matçda. Burda günahın yox idi, sadəcə, həmin vaxt baş məşqçimiz olan italiyalı mütəxəssis Canni de Byazi səni sanki “odun içinə ataraq yandırdı". Bundan sonra da klub karyerasında bir eniş oldu. Hardasa bir narahatlıq yoxdu ki, millidə növbəti oyunumda necə olacaq?
  • - Çox şadam ki, həmin matçı oynamışam. Bu, həqiqətən belədi. Heyfsilənməmişəm, heç vaxt belə bir şey olmayıb ki, Avstriyada oynadım. Buna özüm üçün təcrübə kimi baxıram. O oyun mənə çox ləzzət elədi. Uduzsaq belə, mənə böyük təcrübə oldu. İnşallah, inanıram ki, qarşıdakı matçda oynayacam.
  • - “Sabah”a keçək. Klub karyerandan razısanmı? Tam özünə gəlmisənmi?
  • - İnşallah, özümü yavaş-yavaş düzəldirəm. Bu, məşqçilərimizin sayəsində olur. Onların tapşırıqlarını yerinə yetirməyə çalışıram - həm qapıçılar üzrənin, həm də komanda məşqçilərimizin. Allahın köməyilə daha da irəli getməyə çalışacam. 
  • - Həmin “qara zolaq” arxada qaldımı?
  • - Futbol elədi ki, "qara zolağ"a istənilən an düşə bilərsən, istənilən anda səni yaxalaya bilər. Önəmli olan "qara zolaq"dan çıxmaqdı. Əsas odur ki, həmin anda özündə güc hiss edib buna nail olsun.
  • - Tovuzda autsayderdən 8 dəqiqəyə buraxdığın 2 qolda da “qara zolağ”a düşmüşdün?
  • - Əslində, oyuna çox ciddi yanaşmışdıq. Əksinə, düşünürəm ki, rəqib son pillənin sahibi olsa da, rahat deyildik. Sadəcə, boşluqlar verdik, “Kəpəz” də istifadə elədi. Baş məşqçimiz də demişdi ki, oyuna ciddi yanaşın, ciddi də yanaşmışdıq.
  • - Krunoslav Renduliç ilk hissədəki oyunuz haqda tam fərqli fikirdə olaraq dedi ki, sanki komanda gəzinitiyə, “kofe breyk”ə çıxmışdı. Sonradan ayıldınız ki, nə edirik, hesabda artıq 0:2 geridəyik…
  • - Ola bilər. Baş məşqçimzin fikirləri önəmlidi bizim üçün. Nə deyirsə, bizə qəbuldu. 
  • - “Kəpəz”lə matçın fasiləsində sizə nə dedi?
  • - Bizə ürək-dirək verdi ki, 2-ci hissədə sizdən tam fərqli bir oyun gözləyirəm. Biz də çox şükür, oyunu xeyrimizə dəyişdik. 
  • - "Sabah"ın turnir cədvəlindəki mövqeyindən nə dərəcədə razısınız?
  • - Çempionat yeni başlayıb, rahatlanmaq olmaz. Rəqibin yerindən asılı olmayaraq, hamısına eyni ciddiyyətlə yanaşırıq. 
  • - Növbəti turda lider “Turan Tovuz”u qəbul edəcəksiniz. O komanda ki, qol buraxmayıb. Səncə, komanda yoldaşların bu tilsimi qıra biləcək?
  • - “Turan Tovuz” həqiqətən çox yaxşı, hörmət olunası komandadı. Həm çox yaxşı futbol oynayır, həm də çox yaxşı müdafiə olunur. Amma ümid edirəm ki, onların qapısına yol tapacağıq. Buna nail olan ilk komanda biz olacağıq. 
  • - Rusiyalı həmkarın İvan Konovalova bir qısqanclığın yoxdu ki, hələ də qol buraxmadığına görə?
  • - Yox-yox (gülür) Heç minə qarşı paxıllığım yoxdu. Əksinə, istəyərəm ki, bütün qapıçılar yaxşı performans göstərsin.
  • - Millidə əsas heyətdə yer almaq şanslarını nə dərəcədə yüksək sayırsan?
  • - Bu, baş məşqçinin qərarndan asılıdı. Düşünürəm ki, əsas məsələ millidə olmaqdı. İnşallah, məşqçilər də bizi dəyərləndirər və fayda vermək üçün əlimizdən gələni edəcəyik. 
  • - Avrokuboklarda yaxşı performans göstərməyini özün üçün əlavə üstünlük sayırsan?
  • - İnşallah, xeyirlisi. Baş məşqçi nə deyəcəksə, onunla razılaşacağıq.
  • - Qarşıdakı matçlardan nə gözləyirsən?
  • - İnşallah, əlimizdən gələni edəcəyik ki, maksimum nəticə verək. Yeni baş məşqçi gəlib, mili komandada yeni ruh var. İnanıram ki, ən yaxşı nəticəni göstərəcəyik, xalqımızı sevindirəcəyik. 
  • - Kriştiano Ronaldonun baş məşqçisiylə işləmək…
  • - Həqiqətən çox böyük şəxsiyyətdi. Məncə, Azərbaycan futboluna gəlmiş ən böyük şəxsiyyətlərdən biridi. Onun kimi mütəxəssislə işləmək bizim üçün çox yaxşı olar.
  • - U-21-nin baş məşqçisi Samir Əliyevlə əsas yığmaya dəvət olunmağınla bağlı söhbətin oldumu?
  • - AFFA-da vizayla bağlı gedəndə onları gördük, söhbətləşdik. Dedilər ki, xeyirlisi, sənə hara yaxşıdı, orda olasan, istəyərik daha yuxarılarda olasan. Mən də öz növbəmdə onlara uğurlar arzuladım. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC