Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının (PÇL) VII turunun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, sentyabrın 3-də saat 16:00-da “Sərhədçi” və “Elit” arasında baş tutan gərgin mübarizə birincilərin 4:1, saat 17:00-da “Polat” və “Omar” arasında keçirilən günün 2-ci oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyunları sentyabrın 4-də keçirilib. Saat 16:00-da baş tutan ilk qarşılaşma “Zəfər”in “Şirvan” üzərində 5:0, saat 17:00-da baş tutan qarşılaşma “Köhlən”in “Ağstafa Dilbaz” üzərində 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son oyunu saat 18:00-da “Embawood” və “Qarabağ” arasında keçirilib. “Embawood” 3:0 hesablı qələbə əldə edib.
Onu da bildirək ki, 10 komandanın mübarizə apardığı PÇL-də VIII turun oyunları 10-11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC