Cüdoçu qızlardan Tallində böyük uğur - Azərbaycan 39 ölkə arasında 1-ci yerdədi!

Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan 2 qızıl, 1 gümüş medal qazanıb. 

Presssport.az xəbər verir ki, qızlar arasında -48 kq. çəkidə Könül Əliyeva və -57 kq. çəkidə Fidan Əlizadə Avropa çempionu titulunu əldə edib. 

Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov isə gümüş mükafat əldə edib. 

Əliyeva və Əlizadənin nailiyyəti 25 ildən sonra azərbaycanlı qız cüdoçuların gənclərin Avropa çempionatında ilk qızıl medalı olub. Ümumilikdə isə qızlardan ibarət milli yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib. 

Onu da bildirək ki, ilk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında 1-ci yerdə qərarlaşıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC