Santuşla debütdə uduzduq

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, C liqasının I qrupunda yer alan Fernandu Santuşun komandası ilk turda İsveç yığmasıyla qarşılaşıb. 

Bu, Azərbaycan millisinin Avropa çempionu olan 70 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ilk oyunu olub. Yığmamız fasiləyə saniyələr qalarkən qaçırdığı penaltidən sonra 2-ci hissədə  qapısında 3 top görüb və bunun yalnız 1-nin əvəzini çıxa bilib. Yekunda məğlubiyyət qaçılmaz olub.

Xatırladaq ki, millimiz növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

Millətlər Liqası, C liqası

I qrup

I tur

5 sentyabr

20:00. Azərbaycan - İsveç - 1:3

QOLLAR: R.Dadaşov, 82 - A.İsak, 65, 71, V.Qyökeres, 80-pen

45+3-cü dəqiqədə R.Şeydayev 11 metrlik cərimə zərbəsindən dəqiq yararlana bilməyib (qapıçı).

Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (hamısı Macarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 23. Mehdi Cənnətov, 22. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 17. Toral Bayramov

Ehtiyat oyunçular: Rza Cəfərov, Yusif İmanov, Amin Seydiyev, Şəhriyar Əliyev, Emil Mustafayev, Ozan Can Kökçü, Rahil Məmmədov, Rüstəm Əhmədzadə, Elvin Camalov, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Xəyal Nəcəfov

Baş məşqçi: Fernandu Santuş 

İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres

Ehtiyat oyunçular: Zetterström, Nordfeldt, Kurtuluş, Berqveyl, Kayuste, Nilsson, Sema, Saletros, Starfelt, Eliasson, Larsson, Nanasi

Baş məşqçi: Yan Dol Tomasson

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC