Azərbaycan milisinin və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedevə UEFA Millətlər Liqasında baş tutacaq İsveçlə oyundan öncə AFFA tərəfindən xatirə hədiyyəsi verilib.
Presssport.az xəbər verir ki, keçmiş futbolçu milli komandada göstərdiyi xidmətlərə görə xüsusi qiymətləndirilib, ona təşəkkür edilib.
Xatirə hədiyyəsini Medvedevə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Zirə”nin baş məşqçisi, millidə oyun sayında (111) rekordçu Rəşad Sadıqov təqdim edib.
Xatırladaq ki, Maksim 2009-22-ci illər ərzində formasını geyindiyi millimizdə 81 oyun keçirib, 4 qol müəllifi olub. O, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını bitirərək "Qarabağ"ın akademiyasında məşqçiliyə başlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC