Yon Dal Tomasson millimizi evdə və müdafiədə yaxşı oynayan komanda kimi fərqləndirdi: "İnanıram ki, penaltidən top buraxsaydıq belə, qollar vuracaqdıq"

İsveç milli komandası UEFA Millətlər Liqasının ilk turunda səfərdə Azərbaycan ylığmasını 3:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, qonaqların danimarkalı baş məşqçisi Yon Dal Tomasson matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda düşüncələrini bölüşməklə başlayıb. 

- Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Bunu müdafiədə yaxşı oynayan komandaya qarşı etdik. Rəqibə açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan. İlk hissədə önə doğru vertikal ötürmələr verirdik, amma arxası gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, geri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq, önəmli olan budu.

- Müdafiə xəttinin çıxışından razı qaldınız? Azərbaycan millisi qapınız qarşısında xeyli qol epizodu yaratdı...

- Topu itirəndə yaxşı reaksiya verməliyik. Bunu edə bilmədik. Öndə təzyiq etmək lazım idi. Oyunun müəyyən epizodlarında komanda passiv çıxış etdi. Hücumda mükəmməl deyildik, yaxşı idik, 11 epizodumuz var idi. Bəzi son mərhələyə gəlib çıxmayan epizodlar da oldu.

- Millinin qolkiperi  növbəti oyunlarda da start heyətində yer alacaq?

- Bəli.

- Fernandu Santuşun komandasında nəyi bəyəndiniz?

- Bakıda belə nəticə əldə etmək, kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindi. 

- İstifadə edilməyən penalti matçın qırılma nöqtəsi oldu?

- Əla qurtarış idi. Dönüş nöqtəsi idimi? Deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər epizod yaradırdıq.

- Millinin müdafiəçisi Duqlas səhvlər etdi. Bu səhvlərin səbəbi sistemlə bağlıdır, yoxsa oyunçuların fərdi keyfiyyəti ilə?

- Duqlas yaxşı çıxış etdi. Müdafiə prinsipləri futbolun istənilən nöqtəsində eynidi. Epizoda gecikməməlisən və cərimə meydançasında sənə yaxın olan oyunçuya yaxın olmalısan.

- İsveç millisi son olaraq Bakıda 3:0 hesabı ilə uduzmuşdu. Yəqin ki, həmin oyuna baxmışdınız. Həminki və indiki millinin müqayisə etsəydiniz, nələri qeyd edərdiz?

- Az-çox eyni oyunçular əsas heyətdə yer alırdı. Yalnız qapıçınız fərqli idi. Bu futbolçular birlikdə oynayır və bu komandaya qarşı rəqib meydanında oynamaq çox çətindi. Ona görə də deyirəm ki, performansımızdan razı qaldım. Özü də nə qədər qol epizodları yaratdıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC