“Neftçi” PFK Azərbaycanın daha bir tanınmış şirkəti ilə əməkdaşlığa başlayıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbr verir ki, supermarketlər şəbəkəsində lider markalardan biri olan “Rahat” brendi ilə sponsorluq müqaviləsi imzalanıb.
“Neftçi” PFK ilə “Rahat” arasındakı sponsorluq razılaşması 2024-2025-ci illər mövsümünü əhatə edir. Razılaşmaya əsasən "ağ-qaralar"ın komandalarının oyun formalarının arxa hissəsində “Rahat” brendinin loqosu əks olunacaq.
“Rahat” supermarketlər şəbəkəsi 2009-cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlayıb. Biznes fəaliyyətinə “Rahat” ticarət markası ilə başlayan şəbəkə 2009-cu ilin may ayında özünün ilk layihəsini reallaşdırıb. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olub. Hazırda Bakı şəhəri və regionların müxtəlif nöqtələrində “Market gərək Rahat olsun!” şüarı altında 100-dən çox market fəaliyyət göstərir. Müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC