"Ulduz Cup"da finalçılar bəlli olub

12 yaşadək futbolçular arasında "Ulduz Cup" beynəlxalq turnirinin finalçıları məlum olub.

Presssport.az xəbər verir ki, həlledici oyunda “Ulduz” FA və “Dinamo Minsk” qarşılaşacaq.

Quba Olimpiya İdman Kompleksində keçirilən turnirin yarımfinalda “Ulduz” FA “Saburtalo”nu (Gürcüstan) mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunun qalibi penalti zərbələri ilə bəlli olub - 4:3. Belarus təmsilçisi isə "Bunyodkor”dan (Özbəkistanın) güclü olub (7:2).

Üçüncü yer uğrunda oyunda “Saburtalo” və “Bunyodkor üz-üzə gələcək.

Xatırladaq ki, turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC