Əvvəl Santuş, sonra Kaltsona

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 8-də, Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Presssport.az AFFA-ya istinadən xəbər verir ki, mətbuat önünə millimizin çalışdırıcısı Fernandu Santuş çıxacaq, daha sonra isə Slovakya millisinin baş məşqçisi Françesko Kaltsona konfransda iştirak edəcək. 

7 sentyabr

Slovakiya milli komandası

16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydançası)

19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

Azərbaycan milli komandası

17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)

Onu da bildirək ki, tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib (2 saatlıq fərq var).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC