Millimiz Slovakiya yığmasıyla səfərdə baş tutacaq UEFA Millətlər Liqasının oyununda dəstəksiz qalmayacaq.
Bu barədə Presssport.az-ın bu ölkəyə ezam olunmuş əməkdaşına AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Belə ki, Koşitsedə reallaşacaq matçda təxminən 40-50 azərbaycanlı azarkeş olacaq. Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayevin də millini stadiondan dəstəkləyəcəyi gözlənilir.
Xatırladaq ki, sentyabrın 8-də Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək Slovakiya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC