Milli komandamız Koşitseyə çatdı

Milli komandamız UEFA Millətlər Liqasının yeni mövsümündə ilk səfər matçını keçirəcəyi Slovakiyaya çatıb. 

Presssport.az-ın "Misli"nin təşkilatçılığıyla bu ölkəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Bakıdan Koşitseyə çarter reysilə 4 saatlıq yol qət edilib.

Millimiz matçın keçiriləcəyi bu şəhərdə “Yasmin”, media nümayəndələri “Ambassador” otelində qalacaq. Oyuna son məşq sabah olacaq. Matç sentyabrın 8-də Koşitse Futbol Arenasında Bakı vaxtilə saat 20:00-da keçiriləcək.

Onu da bildirək ki, səfərimiz “Misli”nin sponsorluğu ilə reallaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC