Santuş Bəhlul Mustafazadənin yerinə onu oynadacaq

Milli komandamızın UEFA Millətlər Liqasında ilk səfər matşı olan Slovakiya yığmasıyla matça yollanan heyətdən çıxarılan müdafiəçi Bəhlul Mustafazadənin yerinə kimin meydana çıxacağı bəlli olub.
“Misli”nin dəstəyi ilə görüşün keçiriləcəyi Koşitseyə ezam olunan Presssport.az-ın əməkdaşı xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş seçimini legioner həyatı futbolçumuz üzərində edib. 

Belə ki, portuqaliyalı mütəxəssis hazırda Polşa yüksək liqasında çıxış edən Rahil Məmmədovu start heyətində meydana buraxacaq.
Xatırladaq ki, sentyabrın 8-də Koşitse Futbol Arenasınsa keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC