Millimiz üçün Deşepi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyadan olan həmyaşıdlarına qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, UEFA Bakıdakı matçı Fransa Futbol Federasiyasından olan hakimlər briqadasının idarə edəcəyini açıqlayıb.

Belə ki, görüşün baş hakimi Bastyen Deşepi olacaq. Ona yan xət həmyerliləri Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Xatırladaq ki, sentyabrın 10-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Serbiya matçı saat 19:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC