Santuş iddialıdı: "Sizinlə razı deyiləm, mən qələbə gözləyirəm"

Milli komandamızın baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının II turu çərçivəsində Slovakiya yığmasıyla səfər matçındam öncə mətbuat konfransı keçirib.

Presssport.az-ın Koşitseyə ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Slovakiya mətbuatı, rəqibin məşqçi korpusu yığmamızı detallı şəkildə təhlil edib. Bu məqam Santuşu çəkindirmir?

- Normal prosesdi, hamı bir-birini izləyir. Assistentim də Estoniyadakı oyunu izləyib.

- Slovakiya milli komandası Azərbaycan futbolu üçün önəmlidi. Azərbaycan futbol tarixinin ilk qələbəsini məhz Slovakiya üzərində qazanmışıq - U-21-lər səviyyəsində. Santuşun ilk qələbəsini də gözləyəkmi?

- Keçmişlə yaşamırıq. Gələcəyi düşünməliyik. Slovakiya və İsveç üzərində qələbələr olub, ancaq nə qədər də məğlubiyyətlər var.

- Ramil Şeydayevlə Emin Mahmudov arasındakı penalti məsələsinə münasibətiniz maraqlıdı. Şeydayevin hərəkəti düz idi, yoxsa səhv?

- Bununla bağlı fikir bildirmək istəmirəm. Amma Eminə demişdim ki, penaltini sən vuracaqsan.

- Santuşun Azərbaycan yığması ilə bağlı ilk fikirləri necədi?

- Azərbaycan yığmasına inanıram, inanmasaydım, gəlməzdim. Yolumuz uzundu, bizi uzun yol gözləyir.

- Azərbaycanda sabah yığmadan nəinki qələbə, hətta heç-heçə də gözləmirlər. Belə durum Fernandu Santuşu ruhdan salır, yoxsa əksinə  yaşıl meydanda qəhrəmanlıq göstərməyə həvəsləndirir?

- Sizinlə razı deyiləm, qələbə gözləyirəm. Meydana çıxıb oyunumuzu göstərəcəyik. Dediyim kimi, uzun yola çıxmışıq, gələcəkdə daha çox qələbə qazanmaq istəyirik.

- İsveçlə oyundan sonra demişdiniz ki, penalti məsələsi komanda daxilində müzakirə olunacaq. Sabahkı oyunda Ramil Şeydayevi start heyətində görəcəyikmi?

- Sabah görəcəksinoz.

- Artıq Slovakiyanın oyununu izləmisiniz. Qələbənin yolu hansı taktikadan keçir?

- Slovakiya yığmasına hörmətim böyükdü. Amma taktikamı sizlə bölüşmək istəmirəm.

- Məşqçilik karyeranızda Slovakiya ilə qarşılaşmısızmı?

- Bəli, Yunanıstan yığmasının “sükanı arxasında” Slovakiyanı məğlub etmişəm. Lakin bu, 10 il əvvəl olub.

- Bəhlul Mustafazadənin yoxluğu yığma üçün nə dərəcədə ciddi itkidi?

- 23 futbolçumuz var. Bəhlul yanımızda olsaydı, daha yaxşı olardı. Ancaq başqa oyunçularım var, onlara bel bağlayıram.

- Slovakiya yığması 26 ildən sonra Koşitsedə oyuna çıxacaq…

- Hər komanda istəyir ki, ev oyununda yaxşı nəticə göstərsin. Amma biz də qələbə qazanmaq istəyirik.

 

MEHMAN SÜLEYMANOV, Koşitse

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC