Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Gürcüstanda keçirilən Kamandan Oxatma üzrə 29-cu Beynəlxalq Turnirdə ölkəmizi uğurla təmsil edərək 2-ci yerə layiq görülüb.
Presssport.az xəbər verir ki, Batumidə baş tutan bu turnirdə Fatimə qadınlardan ibarət fərdi yarışda, Məhəmmədəl isə Fatimə ilə birlikdə qarışıq komanda yarışında böyük əzmkarlıq göstərərək finala yüksəlib və qızıl medal uğrunda mübarizə aparıb. Finalda da yüksək bacarıq nümayiş etdirən Hüseynli qadınlardan ibarət fərdi yarışda və Əliyev Hüseynli ilə birlikdə qarışıq komanda yarışında 2-ci yeri qazanaraq bizə qürur hissi yaşadıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC