Qubada keçirilən "Ulduz Cup"ın qalibi əcnəbi komanda olub

“İdman paytaxtı” Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən "Ulduz Cup" beynəlxalq turnirinə yekun vurulub.

Presssport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində 3-cü yer uğrunda qarşılaşmada “Bunyodkor” (Özbəkistan) “Saburtalo”ni (Gürcüstan) məğlub edib. 

Finalda isə “Dinamo Minsk” (Belarus) “Ulduz” FA-ya qalib gələrək yarışın qalibi olub. 

İkinci və üçüncü yerləri müvafiq olaraq “Ulduz” FA  və “Bunyodkor” tutub.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 ölkədən 8 komanda mübarizə aparıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC