"Qarabağ"a 2 qol vurmaq xüsusi idi" - "Dinamo"nun hücumçusu

Zaqreb "Dinamo"sunun hücumçusu Sandro Kulenoviç komandasının Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinin vacibliyindən danışıb.

Presssport.az xəbər verir ki, xorvatiyalı hücumçu turnirin seçmə mərhələsinin pley-off görüşlərində “Qarabağ” üzərindəki qələbələrini də xatırlayıb. 

Belə ki, Sandro Zaqrebdəki görüşdə vurduğu qollara da toxunub:

"Bu, təkcə karyeramda deyil, həm də həyatımda çox vacib məqamdı. “Qarabağ”a 2 qol vurmaq çox xüsusi idi. Komandaya bu şəkildə kömək etdiyim üçün çox xoşbəxt oldum".

Xatırladaq ki, Kulenoviç Zaqrebdə 3:0 hesabı ilə başa çatan həmin görüşdə sonradan meydana çıxaraq dubla imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC