Qurban Qurbanovla Rəşad Sadıqov Koşitsedə xatırlandı

Azərbaycan milli komandası UEFA Millətlər Liqası C Liqasında 1-ci qrupun II turu çərçivəsində Slovakiya yığması ilə səfərdə qarşılaşacaq.

Presssport.az-ın "Misli"nin təşkilatçılığı ilə bu ölkəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşün baş tutacağı Koşitse Futbol Arenasında millimizlə bağlı bəzi rekordlar təqdim edilib.

Belə ko, stadionda diktor keçmiş futbolçular - Qurban Qurbanovun ən çox qol vuran (14 qol) Rəşad Sadıqovun isə ən çox oyun (111 oyun) keçirmiş futbolçu olduğunu səsləndirib, statistik göstəricilər arenanın monitorunda əks edilib.

Bundan əlavə, millimizin portuqaliyalı baş məşqçisi Fernandu Santuş xüsusi təqdim olunaraq uzun illər çalışdlrdığı Portuqaliya millisini 2016-cı ildə Avropa çempionu olması qeyd olunub.

Xatırladaq ki, matç Bakı vaxtilə saat 20:00-da başlanacaq.

MEHMAN SÜLEYMANOV, Koşitse

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC