Vurğun Hüseynov yekun qərarını baş məşqçisinə və rəhbərliyinə bildirib: “Artıq karyeramı başa vurmağın vaxtı çatıb”

“Artıq karyeramı başa vurmağın vaxtı çatıb”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu, "Kəpəz"in vitse-kapitanı Vurğun Hüseynov deyib.

36 yaşlı müdafiəçi futbolçu karyerasını yekunlaşdırmaq barədə qərar verdiyini söyləyib:

"Zədələndim, sağalmağım təxminən 2 aya yaxın çəkəcək. Bu səbəbdən düşündüm ki, artıq karyeramı başa vurmağın vaxtı çatıb. Məsələ ilə bağlı fikrimi həm baş məşqçimiz Azər Bağırova, həm də klub rəhbərliyinə bildirmişəm".

V.Hüseynov futboldan uzaqlaşmaq niyyətində olmadığını, məşqçi kimi hansısa klubda fəaliyyət göstərmək istədiyini bildirib:

"Karyeramı məşqçi kimi davam etdirəcəyəm. İnşallah, daha da təkmilləşmək üçün kurslara qatılacağam. Mənim və klubum üçün xeyirlisi nədirsə, o da olsun. "Kəpəz"də işləyib-işləməyəcəyimi deyə bilmərəm. Harada çalışacağım növbəti həftə bəlli olacaq".

Qeyd edək ki, Vurğun Hüseynov 2023-cü ildən "Kəpəz"də çıxış edir (report.az)
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC