“Nəticədən razı qaldım, amma oyunumuzdan o qədər də yox. Çünki ilk hissədə müdafiədə qorxunc oynadıq. Bu cür edə bilmərik. Digər tərəfdən, hücumda hər şey yaxşı idi, ona görə ki, yenə çox qol imkanı yaratdıq. Amma bu da kifayət etmir. Çünki ilk növbədə müdafiə oyunumuz üzərində işləmək lazımdı”.
Presssport.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının II turunda evdə Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
İtaliyalı mütəxəssis 2 il öncə milimizlə oyundan (1:2) 5 gün əvvəl komandaya qoşulduğunu xatırladıb: “Semək olar ki, fəlakətli bir işə girmişdim. Sonra mübahisə etdim ki, məni maraqlandıran son şey nəticələrdi. Çünki demək olar ki, hər şeyi düzəltməliydik. Əlbəttə ki, tez-tez baxılan ilk şey nəticələrdi. Lakin bu halda səhv olardı”.
Kaltsonanın sözlərinə görə, Azərbaycan İsveçə qarşı oynadıqlarından fərqli oynayıb: “Rəqib bizə təzyiq göstərə bildi. Baxmayaraq ki, biz də bu işdə onlara bir az kömək etdik. Ancaq təbii ki, onların bizim üçün təhlükə yaratmaqları Azərbaycan millisinin gücündən xəbər verir”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC