"Qarabağ" rəsmi açıqlama yaydı: Legioneriylə müqaviləsi ləğv olundu

"Qarabağ" futbolçusu Hamidu Keytayla yolları ayırıb.

Presssport.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Belə ki, 29 yaşlı fransalı vingerlə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

"Qarabağ" Keytaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Onu da bildirək ki Türkiyə mətbuatının yazdığına görə, Keyta karyerasını Super Liqa təmsilçisi "Konyaspor"da davam etdirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC