“Qarabağ” ilk dəfə Azərbaycan klubları arasında “EAFC 25”də yer alacaq

“Qarabağ” ilk dəfə Azərbaycan klubları arasında məşhur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudu. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq.

Oyunun sentyabrın 27-də dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq öncədən sifariş edənlər üçün oyun sentyabrın 20-də “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC