Slovakiya millisinin yarımmüdafiəçi: "Azərbaycana qol vurmaq mənim üçün xüsusi idi"

Slovakiya millisinin futbolçusu Ondrey Duda UEFA Millətlər Liqasının C1 qrupunun II turunda Koşitsedə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Presssport.az xəbər verir ki, Slovakiya Futbol Federasiyasına açıqlama verən təcrübəli yarımmüdafiəçi millimizə qol vurması barədə də danışıb: "Koşitsedə ailəm və dostlarım var. Ona görə də bu matçda qol vurmaq mənim üçün xüsusi idi. İnanıram ki, azarkeşləri sevindirdik. Nəticədən razıyıq. İki çətin oyundan sonra 6 xalımız var. Bu dəfə Estoniya ilə müqayisədə daha effektli olduq".

Xatırladaq ki, Duda matçda hesabı penaltidən açıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC