Toral məğlubiyyətə görə günahı Aminin üzərinə yıxmağı düzgün saymır: "Gələcəkdə Santuşun dediklərini yerinə yetirsək, yaxşı nəticələr əldə edə bilərik"

  • Millimizin UEFA Millətlər Liqasında ilk səfər matçını Slovakiya yığmasıyla keçirib. Futbolçumuz Toral Bayramov 0:2 hesablı məğlubiyyət aldıqları qarşılaşmadan sonra, Koşitseyə “Misli”nin təşkilatçılığıyla ezam olunan Presssport.az-ın əməkdaşlığı ilə əməkdaşının suallarını cavablandırıb. 
  • - Slovaklara qarşı 90 dəqiqə meydanda olmuş bir futbolçu kimi necə düşünürşən, onlara ilk növbədə nədə uduzduq?
  • - Belə deyim ki, oyuna pis başlamamaşdıq. Deməzdim ki, rəqibdən zəif oynadıq. Sadəcə, fərdi səhvlərimizə görə qollar buraxdıq. Bundan sonra toparlanmaq bir az çətin oldu. 
  • - Əsas çətinlik nə idi?
  • - Əlimizdən gələni elədik, vuruşduq. Yaxşı futbol nümayiş etdirməyə çalışdıq. Nə bilim…
  • - Portuqaliyalı baş məşqçimiz Fernandu Santuş oyunsonrası mətbuat konfransında dedi ki, siz futbolçular ilk olaraq mental planda dəyişməlisiniz O, inanır ki, bu komandanı inkişaf etdirmək olar, sdaəcə, çox məşq eləmək, çox çalışmaq lazımdı. Bu haqda fikirlərin maraqlıdı…
  • - Baş məşqçinin dediklərinə qoşuluram. Yəqin ki, onun tanıtımasına ehtiyac yoxdu, hamı tanıyır. Sadəcə, əsas məsələ ondadı ki, Santuşla çox vaxt keçirməmişik - hardasa 3-4 məşqə çıxmışıq. O, qısa bir müddətfə bizə nələrisə çatdrımağa çalışır. Biz də onun dediklərini eləməyə çalışırıq. Mən də düşünürəm ki, gələcəkdə baş məşqçimizin dediklərini yerinə yetirsək, yaxşı nəticələr əldə edə bilərik.
  • - Santuş hətta sənin də futbolçusu olduğun "Qarabağ"ı misal çəkdi ki, Avropada neçə illərdi uğurlu çıxış edir, Azərbaycan, onun futbolu üçün yaxşı bir nümunədi. Nə düşünürsən?
  • - Sualınız haqda bir fikir bidlirə bilmərəm. Bu, baş məşqçimizin fikridi. Hal-hazırda oyun haqda nə deyirsiniz, ona cavab verə bilərəm.
  • - Eləsə oyun haqda soruşum - Amin Seydiyev səhvlər etdi, qapımıza penalti gətirdi, qol buraxdıq və yekunda hələ ilk hissədə əvəzləndi..
  • - Bu, futboldu, səhvlər olur. Məğlubiyyətə görə günahı Aminin üzərində yıxmaq düzgün olmaz.
  • - Və yekun olaraq növbəti oyunumuz elə bu rəqiblə Bakıdadı. Slovakiyanı evdə məğlub edə bilərik?
  • - Futbolda məğlubedilməz komanda, rəqib yoxdu. Azarkeşlərimizi öz meydanımızdakı matçda sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

 

MEHMAN SÜLEYMANOV, Koşitse-Bakı

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC