Serbiyanın U-21 yığma komandasının baş məşqçisi Lyubinko Druloviç bu gün Bakıda keçiriləcək AVRO-2025-in seçmə mərhələsinin Azərbaycana qarşı oyunu ilə bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına danışan 55 yaşlı serbiyalı mütəxəssis yığma komandamız üzərində
qələbə qazanacaqlarını gözləyir: "İstəyirəm ki, futbolçularımızın keyfiyyəti ön plana çıxsın və bizdə intizamlı oyun olsun. Rəqib sırf müdafiəyə əsaslanan komandadı, hücumda yaxşı oyunçular var. Uzun səfəri, eləcə də Bakıda bizi qarşılayan çox isti havanı nəzərə alsaq, uyğunlaşmaq üçün vaxt lazım idi. Amma əminəm ki, hazır olacağıq".
Qeyd edək ki, Azərbaycan (U-21) – Serbiya (U-21) matçına Mərdəkanda saat 19:00-da start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC