"Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Ayaks”ın Niderland çempionatının V turundakı oyunu təxirə salınıb.
Presssport.az xəbər verir ki, buna səbəb polislərin keçirdiyi etiraz aksiyalarıdı. Sözügedən görüş sentyabrın 15-də oynanılmalı idi.
Polislər şəhərdə səs-küylü aksiyalar keçirərək, polis bölmələrini bağlayıb. Etirazlara səbəb isə polis işçilərinin erkən təqaüdə çıxmaq istəyidi. Buna görə də sentyabrın 15-də "Yohan Kroyff Arena"da keçirilməsi nəzərdə tutulan "Ayaks" - "Utrext" matçı təhlükəsizlik baxımından təxirə salınıb.
Xatırladaq ki, “Qarabağ” III turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC