Azərbaycan himnini millimizin matçında canlı ifadə edən əcnəbi xanım bunu Prezident İlham Əliyev qarşısında da edib: "Heç düşünmədən "hə" dedim, bu, mənim üçün çox qürurvericidi"

UEFA Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində Slovakiya - Azərbaycan matçında dövlət himnləri canlı ifayla təqdim olunması böyük rezonans doğurdu.

Belə ki, ölkəmizin dövlət himnini Keren Danqe Manafzadə ifa etdi. O, Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğlu - pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənın həyat yoldaşıdı.

Karen Danqe Vyana konservatoriyasının solistidi. Abuzər Manafzadə isə Vyana Musiqi və İfaçılıq Sənəti Universitetində təhsil alır. Onlar birlikdə bir çox beynəlxalq festival və müsabiqələrdə iştirak edib.

Abuzər Manafzadənin atası İslam Manafzadə uzun illərdir Türkiyədə işləyir. O, Yedditəpə Universitetinin dosenti, Gənc Virtouzların Kamera Orkestrinin bədii rəhbəri, solisti və dirijorudu. Abuzərin bacısı Turan Manafzadə də qardaşı kimi pianoçu və dirijordu. O, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatıdı.

Keren Dange Presssport.az-ın "Misli"nin təşkilatçılığı ilə Koşitseyə ezam olunmuş əməkdaşının suallararq cavablandıraraq ilk olaraq təəssüratlarını bölüşüb.

  • - Bu gün çox gözəl bir gündü. Azərbaycan himni Slovakiyada səsləndi. Bu, mənim üçün çox qürurvericidi. Azərbaycanı çox-çox sevirəm. Əslində atam alman, anam kubalıdı. 5 il əvvəl azərbaycanlıyla həyat yoldaşı qurmuşam. Bu müddətdə Azərbaycan dilini öyrənmişəm. Artıq neçənci dəfə Azərbaycan himnini sələndirmişəm. 
  • - Maraqlıdı, əvvəllər nə vaxt olub?
  • - TANAP layihəsində olub. Cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan orda idilər. Onların qarşısında da çıxış etmişik. Dünyanın bir çox yerində konsertlər veririk, həyat yoldaşımla birgə Azərbaycan əsərlərini - bəstəkar mahnılarını səsləndirik. Bir sözlə, musiqiçi bir aliyəyik.
    • - Himni oxumaqla təklif gələndə, ilk olaraq nə düşündünüz?
  • - Heç düşünmədən, böyük məmnuniyyətlə bunu qəbul elədim. Təklif bizə Slovakiya tərəfdən gəldi. Daha dəqiq desək, bu ölkədəki səfirliyimiz tərəfdən oldu. Slovakiya Futbol Federasiyasının Azərbaycan belə bir gözəl jest eləmək istədiklərini söylədilər. Əlbəttə, tanınan musiqişi olan həyat yoldaşımdan soruşdular. Dedilər ki, kimi tövsiyə edərsiniz. O da həyat yoldaşım olaraq məni dedi. Düzdü, azərbaycanlı deyiləm, amma artıq Azərbaycan dilini öyrənmişəm, danışıram. Dedik ki, böyük məmnuniyyətlə, qürurla Azərbaycan himnini bir daha canlı ifadə edərəm. Üstəlik, bunu əvvəl dəfələrlə etmişəm. Sağ olsunlar, onlar da bir şəkildə anlaşdılar. Avstriyadan bura böyük məmnuniyyətlə gəldik. Uzun illərdi Vyanada yaşayırıq.
  • - Daha əvvəl Slovakiyada olmusunuz?
  • - Bəli, sadəcə, paytaxt Bratislavada. Orda bir çox layhələrimiz olub, bir çox musiqiçi dostlarımız da var. Gələcək dönəm üçün səfirliklə də planlarımız var. 
  • - Maraqlıdı, futbola marağınız necədi? Milli komandamız sizdə necə təəssürat oyatdı?
  • - Əlbəttə, futbol mənim üçün çox maraqlıdı. Çünki çox emosiya var, həyəcanlıdı. Düzdür, ilk hissədə 2 top buraxaraq uduzduq. Amma inşallah, Azərbaycan milllsi üçün gələcək matçlar uğurlu olacaq. Könlümdən ona azarkeşilik edəcəm. 
  •  

MEHMAN SÜLEYMANOV, Koşitse-Bakı

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC