"Hamidu Keyta qardaş ölkə Azərbaycanın "Qarabağ" komandasından aramıza qatılıb. O, bura hazır gəlib, komandasında oynayan futbolçu idi".
Presssport.az xəbər verir ki, bu sözləri "Konyaspor"un futbol şöbəsinin rəsmisi Yusuf Küçükbakırcı klubunun saytına açıqlamasında deyib.
"Qarabağ"dan ayrılaraq dünən Super Liqa təmsilçisiylə müqavilə imzalayan 29 yaşlı Hamidu Keytanın keçidini şərh edən Küçükbakırcı nikbinliyini ifadə edib: "Keyta fərqli bir mədəniyyətə malik bir ölkəyə də gəlməyib. Komandamıza dərhal alışacağına və fayda verəcəyinə inanırıq".
Xatırladaq ki, ölkəmizdə “Zirə”də də oynamış Hamidu yeni klubuyla 2 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC