Azərbaycan Basketbol Liqasının (ABL) XIII turunun növbəti oyunu Cəlilabad Olimpiya İdman Kompleksində keçirilib.
Presssport.az xəbər verir ki, “Cəlilabad” doğma azarkeşləri önündə “Şəki” ilə qarşılaşıb.
Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran meydan sahibləri gərgin görüşün yekununda 90:86 hesablı qələbə qazanaraq, pley-off şanslarını davam etdiriblər.
Ən məhsuldar basketbolçular “Cəlilabad”da Zaur Paşayev (26 xal, 3 assist), “Şəki”də isə Pol Dibal (25 xal, 4 ribaund) olublar.
Qeyd edək ki, XIII turun son oyunu - “NTD-İndiqo” – “Xəzri” matçı fevralın 4-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC