"Zirə" dünya reytinqində böyük sıçrayış etdi, "Qarabağ" isə...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) sentyabr ayı üçün klubların dünya reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, siyahıda 500-dən çox klub qərarlaşıb. 

Onla sırasında Azərbaycandan 4 klub yer alıb ki, bunlar "Qarabağ", "Zirə", "Sabah" və “Neftçi”di.

Təmsilçilərimizdən ötən an ay yalnız "Zirə" irəliləyişə nail olub.  Belə ki, “qartallar” 69 pillə irəliləyərək 280-cı yerdən 211-ci yerə yüksəlib. Bunda Rəşad Sadıqovun komandasının ötən ay Konfrans Liqasında qazandığı qələbələr əsas rol oynayıb.

Ən yaxşı göstərici isə əvvəlkitək "Qarabağ"a məxsudu. Belə ki, Ağdam təmsilçisi 52-ci yeri tutur. Lakin Qurban Qurbanovun komandası avqust ayı ilə (34-cü yer) müqayisədə 18 pillə geriləyib.

"Sabah" 382-ci yerdən 428-ci yerə düşərək, 46 pillə geriləyib.

“Neftçi” də mövqeyini itirib. Belə kİ, avqustda 431-ci olan Roman Qriqorçukun komandası 51 pillə geriləyərək indi 482-ci yeri tutur (51 pillə geriləmə).

Onu da bildirək ki, dünya reytinqinə lideri əvvəlkitək Madrid “Real”ıdı. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC