"Dinamo" üçün yeganə mənfi cəhət ev oyunlarını Azərbaycanda keçirməsidi" - Baqa

Rusiyanın “Sokol” klubunun belaruslu baş məşqçisi Aleksey Baqa öz ölkəsinin mətbuatına açıqlamasında Sumqayıtdan söz açıb.

Presssport.az xəbər verir ki, hazırda I Liqada çalışan “Sumqayıt”ın sabiq çalışdırıcısı Konfrans Liqasının əsas mərhələsinin iştirakçısı olan Minsk “Dinamo”sunun ev oyunlarının Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilməsi ilə bağlı seçimini dəyərləndirib: “Allah qoysa, “Dinamo” irəliləyər. Birinci səbətdən nəhənglər çıxa bilərdi. Baxmayaraq ki, “Kopenhagen” bu gün Avropa futbolunda addı. "Dinamo" üçün yeganə mənfi cəhət ev oyunlarını Azərbaycanda keçirməsidi. Lakin "Sumqayıt"ın möhtəşəm stadionu var və hava əla olacaq. Minskdən birbaşa uçuşla ora çata bilərsiniz. Buna görə də coğrafiya ən pis deyil”.

Xatırladaq ki, UEFA-nın qərarıyla Beynəlxaql komandaları beynəlxalq ev oyunlarını neytral meydanda və azarkeşlərsiz keçirməlidi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC