“Kəpəz” veteranları AFFA prezidenti Rövşən Nəcəflə görüşmək fikrindədi.
Bu haqda həmin klubun sabiq oyunçusu, Gəncə İctimai Futbol Veteranlarlı Birliyinin sədr müavini Firuz Qulami “Facebook”dakı şəxsi səhifəsində paylaşım edib.
Belə ki, adıçəkilən qurumun sədri Tofiq Məmmədovun adından assosiasiya başçısına rəsmi məktub üvnalanıb. Orda yazılıb ki, AFFA prezidentindən "Kəpəz" Futbol Veteranları Klubu"nun bir qrup üzvünü qəbul edərək görüş təyin etməsi xahiş olunur.
Xatırladaq ki, gəncəli futbol veteranlarının bir qrupu hazırda son pillədə olan "Kəpəz"in rəhbərliyindən narazıdı və konkret olaraq klubun İdarə Heyətinin sədri İlqar Nadirinin vəzifəsindən getməsini tələb edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC