Ukraynalı qapıçı Denis Şelixov əcnəbi klubla müqavilə imzalamaq üçün Tisa çayını üzərək ölkəsindən qaçıb.
Presssport.az xəbər verir ki, Ukrayna klublarından təklif almayan 35 yaşlı qolkiper əvvəlcə Rumıniyaya, ordan isə Belarusa gedərək yerli “Slaviya”yla müqavilə imzalayıb.
Şelixovun 2 aydı çayda üzmək üçün məşq etdiyi bildirilib.
Onu da bildirək ki, Denisin son klubu Ukraynada “Viktoriya” olub. O, ölkəsinin “Dnepr”, “Volın”, “Nikolayev”, “Metalist 1925”, LNZ, Belarusun “İsloç” və “Luç” klublarında da çıxış edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC