"Sabah"ın nigeriyalı legioneri Cesse Sekidika ağır itkiylə üzləşib.
Presssport.az xəbər verir ki, futbolçunun bacısı dünən axşam vəfat edib.
Bu üzdən Cesse Premyer Liqanın XXI turunda hazırda “Turan Tovuz”la Masazırda gedən matça sifariş olunmayıb.
Cesse hələ düşərgədədi və Vətəninə səfərə hazırlaşır.
Komanda yoldaşları Sekidikiya bu ağır günlərində dəstək olublar. Belə ki, qonaqlara vurulan qoldan sonra “Sabah”lılar Cessenin geyindiyi “70 nömrə”li formanı nümayiş etdirərək qolu ona həsr etdiklərini göstəriblər.
Xatırladaq ki, ilk hissədən sonra hesab 1:1-di
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC