Millilərimiz Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcək

Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Presssport.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat milliləri bu gün növbəti görüşlərini keçirəcək. 

Kişilərdən ibarət komandamız II turda Finlandiya ilə qarşılaşacaq. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

Qadınlardan ibarət millimiz isə Avstraliya ilə üz-üzə gələcək. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdi.

Xatırladaq ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyaya qalib gəlib - 3,5:0,5. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC