"Sabah"ı Premyer Liqanın XXI turunda “Turan Tovuz”la ev matçına çıxaran baş məşqçi əvəzi İqor Ponomaryov oyunosonrası mətbuat konfransında iştirak etməyəcək.
Presssport.az xəbər verir ki, buna səbəb 64 yaşlı mütəxəssisin məşqçilikdə müvafiq lisenziyasının olmamasıdı.
Bu üzdən jurnalistlər qarşısına "Sabah"ın məşqçisi Ruslan Qafitullin çıxacaq.
Xatırladaq ki, Masazır təmsilçisinin rusiyalı baş məşqçisi Murad Musayev istefa verəndən sonra komanda idman direktoru İqor Ponomaryova müvəqqəti tapşırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC