Miroslav Kloze: "Mahirin sağalma prosesi düşündüyümüzdən uzun çəkdi"

“Nürnberq”un baş məşqçisi Miroslav Kloze yay transferləri olan millimizin üzvü Mahir Emreli haqda danışıb.

Presssport.az Almaniyanın məşhur "Bild" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı almaniyalı mütəxəssis zədəsini sağaldan və artıq komanda ilə məşqlərə başlayan hücumçumuzun II Bundesliqanın növbəti turunda meydana çıxacağının sual altında olduğunu açıqlayıb: "Onun bu oyunda meydana çıxmağını istisna etmək istəmirəm. Demişdik ki, Mahiri “Maqdeburq”la matça çatdıra bilməsək, “Ulm”la oyuna hazırlayacağıq. Amma bərpa prosesi düşündüyümüzdən bir az uzun çəkdi. Bəlkə də daha 2-3 günə ehtiyacımız olacaq”.

Bu yerdə bildirək ki, “Nürnberq” - “Ulm” oyunu sentyabrın 14-də keçiriləcək. 

Xatırladaq ki, Emrelinin hələ debüt etdiyi yeni klubu yeni mövsümdə 4 turdan sonra 4 xalla 13-cüdü.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC