"İmişli" rəsmisi heyətlərinin keçən mövsümdən ikiqat güclü olduğunu açıqladı: "Qəbələ"ni bizim komandadan üstün görmürəm"

“Bu il gözləntimiz Premyer Liqadı. Hədəfimiz yüksək liqaya çıxmaqdı. Çox yaxşı heyətimiz var”.

Bu fikirləri Presssport.az-a açıqlamaısnda I Liqa təmsilçisi “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Yeni mövsümdə Premyer Liqaya çıxmağa iddialı olan bölgə klubunun yay fasiləsində heyətin tam komplektləşdirə bildiklərinə vurğulayıb: “Hədəfimizdə 1-2 futbolçu var bəzi mövqelərdə komandamızı gücləndirmək üçündü. Ya ikinci dövrə, ya da qış fasiləsində sərbəst futbolçu keçidi mükün olacaqsa, bunu edəcəyik. Amma indinin özündə komandamız doğrudan da çox güclüdü. Əslində, keçən mövsümdə də bizim komanda kifayət qədər güclü idi. Heyətimiz yaxşı futbolçulardan formalaşmışdı. Bu il ondan ikiqat güclüdü, doğrudan da belədi. Məşqlərə gedib baxıb izləyirəm və bunu görürəm”.

İmişlilər keçən mövsüm komandanı Premyer Liqaya çıxara bilməyən millimizin sabiq baş məşqçisi, təcrübəli mütəxəssis Əsgər Abdullayevi gənc həmkarı Fərid Namazovla əvəzlədi. Klub rəsmisi yeni baş məşqçiyə yüksək qiymət verib: "Fərid bəyin biliyi də kifayət qədərdi. İnşallah, baxırsan ki, təcrübədə də bunu tətbiq edə bilir və məncə, uğurlu bir şey alınacaq. Gənc mütəxəssisdi, enerjilidi. Bütün günü komandanın daxilindədi. Nizam-intizamı çox yaxşıdı. Düzdü, gənc məşqçilərdə bu şeyləri görməmişdim. Bunlar yeni baş məşqçimizdə var. Təcrübəsi olmasa da, biliyi var və onu praktikaya keçirir. Özü də yaxşı heyət, kollektiv qurub. İnşallah, özünü qələbələrlə göstərəcək, sübut edəcək. Sadəcə, komandanın bir az özünəinam gəlməsi lazımdı. Keçən mövsüm startımız yaxşı olmadı, 2-3-cü turlarda uduzduq. Lakin bu mövsüm üçün düşünürəm ki, hər mövqedə aparıcı futbolçularımız var. Baş məşqçi komanda şəklində də formalaşdırıb ki, bu da çox xoşuma gəldi. Yəni, komanda birliyi, nizam-intizamı var".

I Liqada yeni mövsümdə aşkar favorit keçən mövsüm Premyer Liqada çıxış etmiş “Qəbələ" sayılır. ”İmişli" də həmin "Qəbələ"yə onun meydanında yoxlama matçında 0:2 hesabıyla uduzub. Maraqlıdı, Mürsəlov əsas rəqibləri haqda nə düşünür?: “Sözün əsl mənasında rəqibimiz ”Qəbələ"di, amma elə deməzdim ki, aşkar favoritdi. Sadəcə, həmin gün matça getmişdik. Bəzi nüanslar vardı ki, oyuna təsiri göstərdi, hazır deyildik. Yoxlama oyunu idi, futbolçuları baş məşqçi müəyyən mövqelərdə oynadırdı. İlk qol da “rikoşet”dən getdi, ola bilər komandaya bir az mənfi təsir göstərdi. Amma başabaş futbol getdi. Komanda şəklində bəzi anlarda üstün futbol da oynayırdıq. "Qəbələ" rəhbərliyi ilə oyunu birgə izləyirdik. Deyirdilər ki, nə oldu, oyun ancaq biz tərəfdə gedir. Yəni, ilk hissədə futbol yalnız meydanın "Qəbələ"yə aid hissəsində gedirdi. Futboldu, olur da. Misal üçün mövsümün açılış matçında “Karvan” heyətinə görə “Qaradağ Lökbatan"a 4-5 qol vurmalı idi. Amma gördünüz ki, alınmadı, cəmi 1 qol vurdu. Doğrudan da döyüşkən komandamız var. ”Qəbələ" də öz yetirmələrinə, habelə, legionerlərə malikdi və əslində, pis komanda deyil. Onları da favorit komandalar sırasında görürəm, amma bizim komandadan üstün yox. Onlar da tanıyır bizim heyəti ki, kimlər var, baxırlar, çox yaxşıdı. Sona qədər mübarizə aparan, nizam-intizamı ən güclü olan uğur qazanacaq". 

“İmişli” rəsmisi “Qəbələ”nin gürcü baş məşqçisi Kaxaber Tsxadadzenin gənc çalışdırlarından daha təcrübəli olduğunu etiraf edib: ”O, illərdi futboldadı. Bu baxımdan biz az geridəyik. İnşallah, səhvlərimiz üzərində işləyəcəyik. Bilirsiniz, gənc məşqçilər oyunları yaxşı analiz edirlər ki, bu, çox xoşuma gəlir. 500-600 dolllar proqram alırlar yaxında. Bu, sırf rəqiblərin analizi üçün lazımdı. Yaxşı da komanda qururlar. İnşallah, yekunda yaxşı da bir nəticə əldə edəcəyimizə inanıram".

Xatırladaq ki, yeni mövsümə bu gün debütant “Baki Sportinq”lə ev matçıyla başlayacaq “İmişli” keçən mövsümü 4-cü yerdə bitirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC