Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının VIII turunun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, sentyabrın 10-da saat 16:00-da “Embawood” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə birincilərin 5:0, saat 17:00-da “Köhlən” və “Zəfər” arasında keçirilən günün 2-ci oyunu isə ikincilərin 8:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün son oyunu saat 18:00-da “Qarabağ” və “Sərhədçi” arasında keçirilib. “Sərhədçi” 5:0 hesablı qələbə əldə edib.
Turun növbəti oyunları sentyabrın 11-də keçirilib. Saat 17:00-da baş tutan ilk qarşılaşma “Polad"ın “Şirvan” üzərində 7:1, saat 18:00-da baş tutan qarşılaşma “Elit”in “Omar” üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 9-cu turun oyunları 17-18 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC