Roman Qriqorçuk: "Artıq qalib gəlməmək üçün səbəbimiz yoxdu"

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Report"a müsahibə verib. 

Ukraynalı mütəxəssis cari mövsümün startından öncə "sükanı arxasına" keçdiyi komandanın Azərbaycan Premyer Liqasının ilk beş turunda qələbə qazana bilməməsindən və uğursuz çıxışın səbəblərindən danışıb. O, ölkə çempionatında yaranan fasilədən yaxşı faydalandıqlarını və qarşıdakı günlərdə azarkeşlərin daha güclü "Neftçi" görəcəklərini söyləyib.

Presssport.az həmin müsahibəni təqdim edir:

 - Arxada qalan 5 turda 4 heç-heçə etmisiniz. Komandanın qələbə qazanmasına mane olan səbəb nədir? 

- Qələbə qazanmaqda bizə mane olan səbəblər var idi, amma artıq qalib gəlməmək üçün səbəbimiz yoxdur. Çünki vəziyyəti yaxşı təhlil etmişik, durumun nə yerdə olduğunu bilirik. Təbii ki, hazırkı vəziyyətdən narazıyıq, amma şadam ki, son iki həftə ərzində komandanı komplektləşdirə bildik. 

- Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən necə yararlandınız? Fasilədən sonra fərqli “Neftçi” görə bilərik? 

- Bizə tam hazır formada qoşula bilməyən futbolçuların üzərində həm fiziki, həm də taktiki cəhətdən işləmək fürsətimiz oldu. Buna görə də yaxın həftələr ərzində daha yaxşı “Neftçi” görəcəyik. - Kluba yeni transfer olunan futbolçuların həqiqətən faydalı olduğunu düşünürsünüz? - Yeni transferlər hələ ki, komandaya tam uyğunlaşmayıblar. Strateji və taktiki cəhətdən isə hələ də istədiyimiz oyunu göstərə bilmirik. Ancaq bilirik ki, necə futbol oynamalıyıq. Göstərmək istədiyimiz oyunu yaradacağıq. Sadəcə, bu prosesin həyata keçməsi üçün zamana ehtiyac var. 

- Komandanı istədiyiniz səviyyəyə çatdırmaq üçün nə qədər vaxt lazım olduğunu düşünürsünüz? 

- Futbolçularımızı çox sevirik, onlara hörmətlə yanaşırıq, inanırıq. Yaxşı transferlər etmişik. Onlar istədiyimiz futbolu göstərə biləcək gücdədirlər. Əlbəttə, həyatda olduğu kimi, futbolda da futbolçu, insan, ümumilikdə komanda üçün şansın gətirməsi də çox önəmlidir. 

- Növbəti 2 turda ciddi rəqiblər - əvvəlcə "Zirə", daha sonra "Qarabağ" ilə qarşılaşacaqsınız. Futbolçulara xüsusi tapşırığınız olacaq? 

- Həm “Zirə”, həm də “Qarabağ” güclü rəqibdirlər. Lakin bundan əvvəl də ciddi komandalarla qarşılaşmışıq. Biz hər bir rəqibə qarşı tamamilə ciddi, məsuliyyətlə yanaşırıq, hər birini təhlil edirik. Heç bir rəqibdən çəkinmirik və meydana qələbə qazanmaq, xüsusilə də öz oyunumuzu göstərmək üçün çıxırıq. 

- Azərbaycanlı futbol azarkeşlərinin yaddaşında uğurlu məşqçi kimi qalmısınız. “Qəbələ”də əldə etdiyiniz nailiyyəti “Neftçi”də də təkrarlaya biləcəksiniz? 

- Seleksiya işlərinə çox həssas yanaşırıq. Yalnız oyun üslubumuza uyğun gələn futbolçuları götürmək istəyirdik. Buna görə də yenilər bizimlə təlim-məşq toplanışı keçə bilmədilər. Biz sadə futbol oynamaq, böyük qüvvə ilə müdafiə olunmaq və əks-hücumlara bel bağlamaq istəmirik. Heç bu şəkildə oynamayacağıq da. Çünki mən də belə futbola hazır deyiləm və bu cür oyun göstərmək maraqsızdır. Təcrübəmdən bilirəm ki, belə futbolla uğur qazanmaq olmaz. Həm də belə oynamaq “Neftçi”yə yaraşmaz. Biz çox ciddi futbol oynamaq, hücüm futbolu göstərmək istəyirik (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC