“Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi” - Adrian Mutu

Rumıniyalı baş məşqçi Adrian Mutu “Neftçi”dən gedişi haqda danışıb.

Presssport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakı təmsilçisindən ayrıldığı üçün peşman olmadığını vurğulayıb: "O vaxt verdiyim qərar idi. Təklif çox yaxşı idi, komandanın potensialı var idi. Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi. Bundan əlavə, mənə “Rapid”də mövsümün sonunda azarkeşlər tərəfindən təzyiq var idi. Anam vəfat etməsəydi, çox güman ki, hələ də “Neftçi”də idim. Çünki 1+1 illik müqaviləm var idi".

Xatırladaq ki, Mutu ötən ilin iyulundan dekabrınadək “Neftçi”nin baş məşqçisi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC