Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün II tura yekun vurulub.
Presssport.az xəbər verir ki, hesabat turunda ölkəmizin kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib - 3,5:0,5. Aydın Süleymanlı heç-heçə oynayıb, Nicat Məmmədov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub.
Qadınlardan ibarət Azərbaycan yığma isə Avstraliyanı üstələyib 3:1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.
İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC