Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.
Presssport.az xəbər verir ki, 55 yaşlı xorvatiyalı mütəxəssis Monteneqro yığmasını çalışdıracaq.
Bu barədə Monteneqro Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilir ki, Prosineçkiylə sabah 1 illik müqavilə imzalanacaq.
Hazırda "Qarabağ"da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də bu millinin üzvləridi.
Xatırladaq ki, Prosineçki 2014-17-ci illərdə millimizi çalışdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC