Səfiyarlı "Qəbələ"nin I Liqada hamıdan bir baş üstün olduğunu hesab etmir: "Yoldaşlıq görüşləri aldadıcı ola bilər, o nəticələr bizi aldatmasın"

I Liqada yeni mövsüm artıq başlayıb. Bu gün ilk turun son oyun günüdü və bağlanış matçında meydana çıxacaq “Qəbələ” çemponluğa “ 1 nömrə”li namizəd sayılır. Klubun idman direktoru Səbuhi Səfiyarlı Presssport.az-a müsahibəsində Premyer Liqaya ilk mövsümdəcə qayıdış perspektivini dəyərləndirib. 

  • - Yeni mövsümə hazırlıqdan və heyətin komplekləşdirilməsindən nə dərəcədə razı qaldınız?
  • - Əslində, heyətin komplektləşməsi üçün həmişə transferin ən yaxşısını tapmaq istəyirsən. O baxımdan 100 fazi razı qaldığımızı demək olmaz. Amma ümumi götürsək, böyük mənada razı qaldıq. 
  • - I Liqada legioner limiti xeyli azdı. Keçən mövsümdə Premyer Liqada qalmamağınızda legionerlərinizin səviyyəsinin aşağı olması böyük rol oynadı. Bəs, indiki legionerlərinizə nə dərəcədə böyük ümidləriniz var?
  • - Bildiyiniz kimi, I Liqada meydanda 3, sifariş ərizəsində isə 6 legioner ola bilər. Buna görə əcnəbi seçimini daha dəqiq, daha dərindən analiz etməli idik. Əlbəttə, maddi şərtlər də Premyer Liqadakı qədər deyildi. Premyer Liqada legioner tapmaq çətindisə, bizdə kiçik pullara tapmaq ikiqat çətin idi. Amma yenə də götürdüyümüz legionerlərə ümidlərimiz böyükdü. Abdullahi Şuaybi tanıdığımız hücumçudu. Digər ikisi də yoxlama oyunlarını özlərini yaxşı göstərdi. Hələ ki onlardan razıyıq. 
  • - Yaxşı Şuaybunu görümüşük “Kəpəz”də. O, səhhətinə görə uzun müddət futbolsuz qaldı. Bəs, indiki hazırlıq durumu necədi?
  • - İndi də pis deyil, yaxşı təsir bağışlayır. Yoldaşlıq matçlarında oynadı, qol vurdu.
  • - “Qəbələ” yay toplanışında yoxlama oyunlarında uduzmadı, I Liqadakı rəqiblərinin hamısına qalib gəldi. Bu, nəyin göstəricisidi - I Liqada çempionluğa aşkar favoritsiniz?
  • - Yoldaşlıq görüşləri aldadıcı ola bilər. Belə oyunlarda hamı müəyyən taktikaları, futbolçuları yoxlayır. Baş məşqçimizə də yoxlama matçları komandanın, oyunçuların taktiki cəhətdən hazırlığını yoxlamaq baxımından vacib idi. Yoxsa nəticə baxımından vacib deyil, o nəticələr
  • bizi aldatmasın. 
  • - Yəni, “Qəbələ”nin rəqiblərindən bir çox komponentlərə görə bir baş üstün olduğunu demək olar?
  • - Yox-yox. Kağız üzərində ola bilər ki, kimdənsə təcrübəliyik. Amma reallıqda belə bir şey yoxdu. Düzdü, 1-2 təcrübəli futbolçumuz var. Lakin digər komandalarda da təcrübəlilər var. Bizdə də öz gənclərimiz, akademiyamızın yetirmələri olan bir neçə futbolçu eyni zamanda bir yerdə oynayacaq. Buna görə kimdənsə bir baş üstün olduğumuzu demək olmaz. I Liqa elədi ki, burda döyüşmək lazımdı, hamı sənin üçün rəqibdi.
  • - Üstəlik, I Liqada meydança amili var. Xüsusilə soyuq aylarda pis vəziyyətdə olacaq və bu zaman oyunda həm rəqibə, həm də qazona qarşı mübarizə aparmalı olacaqsan…
  • - Bəli, komanda buna fiziki cəhətədn hazır olmalı və döyüşməlidi. O üzdən kağızda favorit ola bilərsən və bu, səni yanılda bilər. 
  • - Maraqlıdı, gürcü baş məşqçiniz Kaxaber Tsxaddazenin "nasrtoy"u necədi - I Liqada olduğuna görə bədbinləşib, yoxsa əksinə, motivasiyası böyükdü elə ilk ildəcə Premyer Liqaya dönməsi üçün?
  • - Bədbinlik yoxdu, əksinə, əla köklənib. O, yeni gələndə də Premyer Liqadan düşmək ehtimalımız vardı, çox olduğuna görə danışmışdıq qalmaq məsələsini. Çünki istəmirdik ki, 3-5 aydan bir məşqçi dəyişək. Onda hətta razı olmuşdu ki, I Liqaya düşsək, qalıb komandanı qaytarmaq fikrimiz var. O baxımdan Tsxadadzenin motivasiyası da yerindədi. Səbirlsizklə matçların başlamağını gözləyir. Kaxa da başa düşür ki, asan olmayacaq. Bilriik ki, bizdə əcnəbi məşqçilərə, "Qəbələ"yə qarşı daha böyük motivasiaya malik olurlar. Bir sözlə, rəqiblərimiz bizə qarşı xüsusi motivasiyayla oynayacaq. Buna görə məşqçilərimiz, futbolçularımız başa düşür ki, boşluğa yol vermək olmaz. 
  • - Yenə mövqelər var ki, ora futbolçu axtarışındasınız?
  • - Ola bilər. Transfer məsələsi elədi ki, heç vaxt bitmir. Son günlərdə nələrsə mümkündü.
  • - Əsas hansı mövqedi ki, sizi narahat edir?
  • - Hücum mövqeyinə transfer ola bilər. Çünki “axsayan” yerimiz oradı. Buna görə ən çox transfer ön xəttə edirik. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC